Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Əli Həsənov: “Seçki Məcəlləsinin dəyişdirilməsi günün mövzusu deyil”
15.04.10 17:23

“Qarşıdan gələn parlament seçkilərində bütün namizədlərə, partiyalara, təşkilatlara Seçki Məcəlləsinə müvafiq olaraq sərbəst toplaşmaq üçün lazımi şərait yaradılacaq”. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə Prezident Administrasiyasının (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Mövlud Çavuşoğlunun aksiya keçirmək üçün ayrılan yerlərin sayının artırılması barədə fikirlərinə münasibət bildirən Ə.Həsənov qeyd edib ki, seçki kampaniyası dövründə belə yerlər ayrılacaq və əvvəlcədən KİV-də bu barədə məlumat veriləcək.Ə.Həsənov AR Seçki Məcəlləsinə dəyişikliklər edilməsinə də münasibət bildirib. PA rəsmisi mövcud Seçki Məcəlləsinin Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların tövsiyələri və iştirakı ilə hazırlanaraq qəbul olunduğunu vurğulayıb. “Onlar indiyə qədər də bəyan ediblər ki, bu Seçki Məcəlləsi ilə demokratik seçkilər keçirmək mümkündür. Seçki Məcəlləsi Avropa standartlarına cavab verir. Biz də bu gün onu dəyişmək zərurətini görmürük. Əgər belə təkliflər varsa, müzakirə oluna bilər. Amma bütövlükdə Seçki Məcəlləsinin dəyişdirilməsi günün mövzusu deyil”,-deyə Ə.Həsənov əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-1052.html