Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » PA-nın şöbə müdiri: “ABŞ-ın bəzi dairələri və institutları Ermənistana açıq-aşkar dəstək verirlər”
16.04.10 03:20

“ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prossesində nümayiş etdirdiyi fəaliyyətindən razı deyilik. Bu narazılıq, ilk növbədə, ABŞ-ın münaqişədə nümayiş etdirməli olduğu bitərəf mövqeyi və digər məsələlərlə bağlıdır”. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Prezident Administrasiyanın (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə açıqlamasında söyləyib. Ə.Həsənov ABŞ-da nüvə sammiti çərçivəsində keçirilən görüşlərə ölkə prezidenti İlham Əliyev tərəfindən münasibət bildirildiyini vurğulayıb. O, Azərbaycanın dəfələrlə və müxtəlif səviyyələrdə Dağlıq Qarabağda haqqını, ərazi bütövlüyünün pozulması məsələsini qaldırdığını bildirib. “Təəssüflər olsun ki, ABŞ-ın bəzi dairləri və institutları erməni lobbisinin təsiri altında neytrallıq nümayiş etdirmir, Ermənistana açıq-aşkar dəstək verirlər. Son zamanlar bu ölkənin siyasəti ona yönəlib ki, Ermənistanı düşdüyü çətin sosial-iqtisadi vəziyyətdən çıxarsın. Ona görə də ABŞ ayrı-ayrı qonşu dövlətlərə, Türkiyəyə və başqalarına təzyiq göstərərək Ermənistana yardım göstərilməsini, onunla sosial-iqtisadi münasibətlər yaratmalarını tələb edir. Biz hesab edirik ki, bu, ABŞ-ın missiyasına, xüsusən də ATƏT-in Minsk Qrupunda reallaşdırdığı missiyaya uyğun gəlmir. Əgər ABŞ doğrudan da bölgədə sülhün yaranmasını, münaqişənin həllini, Ermənistanın iqtisadi vəziyyətinin yaxşılaşmasını, regionda reallaşan transmilli layihələrə qoşulmasının tərəfdarıdırsa, buyursun, bu ölkəni işğalçı siyasətdən imtina etməyə məcbur etsin”,-deyə Ə.Həsənov əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-1051.html