Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » BŞBPİ parlament seçkiləri ilə əlaqədar vətəndaşlara müraciət edib
14.04.10 19:57

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) ölkəmizdə keçiriləcək növbəti parlament seçkiləri ilə əlaqədar paytaxt sakinlərinə müraciət edib. BŞBPİ-dən KƏLAMİNFO-ya verilən məlumata görə, müraciət əhalinin qeydiyyat məsələsi ilə bağlıdır. İdarə 2010-cu ilin parlament seçkiləri ili olduğunu nəzərə alaraq paytaxt sakinlərini şəxsiyyət vəsiqəsinin alınması və müəyyən səbəblərdən qüvvədən düşmüş hesab edilən vəsiqələrin dəyişdirilməsi istiqamətində fəal olmağa çağırır. BŞBPİ-nin rayon Polis İdarələrinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi xidmətləri bu işi sürətləndirmək və vətəndaşlara hər cür kömək etmək üçün səfərbər olunub. Mövcud qanunvericiliyə görə, vətəndaş 16 yaşına çatdıqda şəxsiyyət vəsiqəsi almalıdır. 25, 35, 50 yaşına çatdıqda, soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti dəyişdikdə, şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, vəsiqə yararsız hala düşdükdə və ya itdikdə şəxsiyyət vəsiqəsini bir ay ərzində dəyişdirilməlidir. Nəzərdə tutulan hallarda və müddətdə şəxsiyyət vəsiqəsi dəyişdirilmədikdə vəsiqə qüvvədən düşmüş hesab edilir. Mövcud qanunvericiliyə əsasən, şəxsiyyət vəsiqəsi hər bir vətəndaşın və ya onun qanuni nümayəndəsinin ərizəsi, doğum şəhadətnaməsi, vətəndaşın fotoşəkili, dövlət rüsumunun ödənilməsi barədə qəbz və zəruri hallarda AR vətəndaşlığını təsdiq edən sənədlər əsasında, ərazi üzrə Q və ŞV xidmətləri tərəfindən, müraciətdən ən geci 10 gün keçənədək verilir.
URL / WWW
http://kelam.az/article/a-1050.html