Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » BŞBPİ-nin rəis müavini Y.Əliyev: “İcazəsiz keçirilən aksiyada 6-7 nəfər saxlanılıb”
14.04.10 19:57

Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev Müsavat Partiyasının bu gün keçirmək istədiyi icazəsiz piketlə bağlı açıqlama verib. AZDAİNFORM xəbər verir ki, Y.Əliyev aksiyanın icazəsiz olduğunu bildirib. O, Müsavat Partiyasının Bakı şəhər İcra Hakimiyyəti qarşısında piket keçirmək üçün etdiyi müraciətə razılıq verilmədiyini xatırladıb: “Onlar icazəsiz aksiya keçirməyə cəhd ediblər. Buna görə də 6-7 nəfər saxlanılıb və Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinə aparılıb. Hazırda saxlanılanlarla bağlı araşdırma aparılır”,-deyə Y.Əliyev vurğulayıb. O, Müsavat Partiyasını təmsil edən deputatlar Arzu Səmədbəyli və İkram İsrafilin aksiya zamanı meriya qarşısına gəldiklərini və aksiyanın qanunsuz olduğunun onların da diqqətinə çatdırıldığını söyləyib. Qeyd edək ki, Müsavat Partiyasından isə KƏLAMİNFO-a bildiriblər ki, piket zamanı 47 nəfər saxlanılaraq polis bölməsinə aparılıb. Onlardan 15 nəfəri sonradan azad edilib.
URL / WWW
http://kelam.az/article/a-1049.html