Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ümid Partiyası parlament seçkilərinə qatılacaq namizədlərini müəyyənləşdirib
14.04.10 19:57

Ümid Partiyası qarşıdan gələn parlament seçkilərində bütün dairələr üzrə namizədlərini irəli sürəcək. Artıq partiya dairələr üzrə irəli sürəcəyi namizədlərin tam siyahısını hazırlayıb. Bu barədə açıqlamanı KƏLAMİNFO-ya müsahibəsində Ümid Partiyası Ali Məclisin sədri Ənvər Ağazadə verib. O, bildirib ki, partiyanın müəyyən olunmuş namizədlərinin sayı bütün dairələr üzrə 70-dən artıqdır. “Ümid Partiyası İdarə Heyəti tərəfindən bu namizədlərin seçilmək şansları, seçdikləri dairələr üzrə imkanlarını araşdırır və Rəyasət Heyətində təsdiqləyir”,-deyən A.Ağazadə prossesin davam etdiyini söyləyib. Ə.Ağazadə yaxın günlərdə irəli sürüləcək namizədlərin iştirakı ilə müşavirə keçiriləcəyini vurğulayıb. Seçkilərdə gənclərə də üstünlük verəcəklərini qeyd edən Ə.Ağazadə bildirib ki, yaş prinsipinə görə, namizədlərin böyük əksəriyyəti 40 yaşından aşağı olan insanlar olacaq.
URL / WWW
http://kelam.az/article/a-1047.html