Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » ADU-da “Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda III Respublika elmi konfransı keçiriləcək
15.04.10 03:57

Aprelin 15-17-i tarixlərində Azərbaycan Dillər Universitetində (ADU) bu ali təhsil ocağına universitet statusu verilməsinin 10 illiyinə həsr olunan “Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda III Respublika elmi konfransı keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya ADU-dan veriblər. Konfransda “Xarici dillərin tədrisində müasir texnologiyalardan istifadə”, “Xarici dillərin tədrisinin nəzəri və praktik məsələləri”, “Kommunikativ dilçilik”, “Xarici dillərin mədəniyyətlərarası kommunikasiyada rolu”, “Xarici ölkə ədəbiyyatının tədrisi problemləri” bölmələrində müzakirələr aparılacaq və ümumilikdə 181 məruzə dinləniləcək.
URL / WWW
http://kelam.az/article/a-1046.html