Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Mətbuat Şurası 7 qəzet və 1 jurnalı “reket nəşr” elan edib
14.04.10 03:21

Bu gün Azərbaycan Mətbuat Şurasında (MŞ) İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin Baş redaktoru Vüqar Rəhimzadənin sədrliyi ilə “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının növbəti iclası keçirilib. MŞ-dan KƏLAMİNFO-ya verilən məlumata görə, iclasda V.Rəhimzadə bildirib ki, ilin əvvəlindən komissiyaya 20-dən çox şikayət daxil olub. O, şikayətlər əsasında toplanan materiallar barədə məlumat verib. Müzakirələrdən sonra 7 qəzet və 1 jurnal “reket nəşr” elan olunub, 1 qəzetə isə ciddi xəbərdarlıq edilərək adının “qara siyahı”ya salınması barədə rəyə gəlinib. Digərləri barədə araşdırmaların davam etdirilməsi zəruri sayılıb. Şuranın Katibliyinə rəylərdə əksini tapan məsələlər barədə MŞ-nın İdarə Heyətinə ümumiləşdirilən təqdimat hazırlamaq həvalə edilib. Qeyd edək ki, Mətbuat Şurasına daxil olan şikayətlərin müvafiq qismi qurumun Katibliyi və Şikayətlər üzrə Komissiyasının tövsiyyəsinə uyğun olaraq “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında nəzərdən keçirilir. Komissiya həmin məsələlərlə bağlı rəy çıxarır, təkliflərini verir, həmin sənədlər son mərhələdə Şuranın İdarə Heyətində dəyərləndirilir. İdarə Heyəti prosedur qaydalara əsasən yekun qərarlar çıxarır.
URL / WWW
http://kelam.az/article/a-1041.html