Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Turizmin inkişafına dair Dövlət Proqramının təqdimatı keçirilib
14.04.10 03:19

Bu gün Mədəniyyət və Turizm Nazirliyi “Azərbaycanda 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın təqdimatını keçirib. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyd edib ki, Dövlət Proqramının başlıca məqsədi Azərbaycanda yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizim sahələrinin formalaşdırılması və onun ölkə iqtisadiyyatının əsas inkişaf sektorlarından birinə çevrilməsinin təmin edilməsidir. “Bu məqsədə nail olunması üçün ölkədə turizim infrastrukturunu beynəlxalq tələblər səviyyəsinə çatdırmaq vacibdir”,-deyən Ə.Qarayev bildirib ki, proqramda Azərbaycanın zəngin mədəni irsi, mədəniyyət imkanlarının turizm üçün geniş istifadə olunması, infrastrukturun yaradılması və bunun üçün peşəkar kadrların hazırlanmasına xüsusi önəm veriləcək: “Hesab edirəm ki, bu proqram 4 il ərzində mütləq icra olunmalı, turizm sənayesini növbəti mərhələyə və daha yüksək səviyyəyə çıxarmalıdır. Bu gün Azərbaycan beynəlxalq aləmdə turizmi rəqabətə davamlı olan bir ölkə kimi tanınır və dünyada turizm sahəsində müşahidə olunan ciddi böhran vəziyyətində belə ölkəmizə turist axını 2 dəfə artıb. Bu isə düzgün aparılan sosial siyasətin və turizm sənayesinin bu sahədə tutduğu mövqenin bəhrəsidir”,-deyə Ə.Qarayev vurğulayıb. Nazir bildirib ki, əgər 2001-ci ildə ölkədə 32 turizm şirkəti vardısa, bu gün onların sayı 123-dür. “Əslində 350 şirkət var idi. Lakin bazarı tənzimləyə bilmədiyindən onların əksəriyyəti fəaliyyətini dayandırdı. Belə şirkətlərin sayının 200-ə qədər olması isə normal rəqəmdir”,-deyən Ə.Qarayev 2002-ci ildə xarici turistlərin xərclədiyi pulun ümumdaxili dövriyyəsinin 432 mln., bu il 1 mlrd. 122 mln. manat olduğunu söyləyib. Qeyd edək ki, tədbirdə Milli Məclisin depututları, Azərbaycan Turizm İnstitutu və digər qurumların təmsilçiləri iştirak ediblər.
URL / WWW
http://kelam.az/article/a-1039.html