Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Simli alətlər üzrə II Respublika Müsabiqəsi keçiriləcək
14.04.10 02:11

Mədəniyyət və Turizm Nazirliyi cari il 17-21 may tarixlərində Bakı şəhərində uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin simli alətlər üzrə II Respublika müsabiqəsini keçirir. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər. Müsabiqə skripka, alt, violonçel, arfa alətləri üzrə üç yaş qrupunda keçirilir. I qrupa 9-11 yaş, II qrupa 12-14 yaş, III qrupa 15-17 yaş həddində olan uşaqlar daxildir. Keçiriləcək müsabiqə 2 turdan ibarət olacaq. Müsabiqənin şərtləri barədə ətraflı məlumat almaq üçün Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinə müraciət etmək olar.
URL / WWW
http://kelam.az/article/a-1038.html