Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Cənubi Qafqaz: Qlobal tendensiyalar və təhlükələr” mövzusunda Dəyirmi masa təşkil olunacaq
14.04.10 00:11

Aprelin 16-da Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Böyük Britaniyanın “International Alert” təşkilatının birgə təşəbbüsü ilə “Cənubi Qafqaz: Qlobal tendensiyalar və təhlükələr” mövzusunda Dəyirmi masa təşkil olunacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya SAM-dan veriblər. Tədbirdə məruzəçilər qismində SAM-ın direktoru Elxan Nuriyev, “International Alert” təşkilatının Baş katibi Den Smit, Avrasiya proqramları üzrə layihə direktoru Desislava Rusanova, SAM-ın xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Gülşən Paşayeva, Qərb Universitetinin professoru Fikrət Sadıxov və digərləri çıxış edəcəklər. Tədbirin keçirilməsində əsas məqsəd azərbaycanlı ekspertlərlə dünyanın geosiyasi cəhətdən önəmli regionlarından sayılan Cənubi Qafqazın reallıqlarını müzakirə etmək, mövcud tendensiyaları və təhlükələri qiymətləndirərək, onlara qarşı birgə mübarizə strategiyası hazırlamaq, regionun inkişaf perspektivlərinə, təhlükəsizlik məsələsinə, sülhə və əməkdaşlığa dair fikir mübadiləsi aparmaq və beynəlxalq diplomatiya proseslərinə elmi töhvələr verməkdir. Qeyd edək ki, “International Alert” təşkilatı müstəqil sülhməramlı qurum olaraq dünyanın 20 ölkəsində və münaqişəli ərazilərdə fəaliyyət göstərir. Təşkilat Qafqazla bağlı layihələrini isə 1993-cü ildən gerçəkləşdirir.
URL / WWW
http://kelam.az/article/a-1037.html