Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bu gün Vaşinqtonda nüvə təhlükəsizliyi ilə bağlı sammit işə başlayır
14.04.10 00:10

Bu gün Bakı vaxtı ilə axşam saatlarında Vaşinqtonda nüvə təhlükəsizliyi ilə bağlı sammit işə başlayır. KƏLAMİNFO xəbər verir ki, zirvə toplantısının ilk gününün proqramında nümayəndə heyətləri rəhbərləri üçün işgüzar nahar nəzərdə tutulub. Naharda nüvə terrorçuluğu təhlükəsi müzakrə olunacaq. Sammitin ikinci günündə iki toplantı, eləcə də nümayəndə heyətləri rəhbərlərinin iştirakı ilə işgüzar səhər yeməyi olacaq. Həmin gün liderlər nüvə təhlükəsizliyinin təmin olunmasında milli və beynəlxalq səyləri müzakirə edəcəklər. Bundan başqa, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nüvə təhlükəsizliyindəki rolu ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur. Qeyd edək ki, sammitdə ABŞ-da daxil olmaqlda 47 ölkə lideri iştirak edəcək. Sammitin yekununda Ümumi Kommünikenin qəbulu gözlənilir.
URL / WWW
http://kelam.az/article/a-1035.html