Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bu gün uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq sərgisi keçirilib
12.04.10 19:28

Bu gün “Ləndmark” otelinin Rotunda zalında Təhsil Nazirliyi tərəfindən elan olunan uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsinin yekunları ilə bağlı sərgi keçirilib. KƏLAMİNFO xəbər verir ki, təhsil naziri Misir Mərdanov, gənclər və idman naziri Azad Rəhimov, millət vəkilləri və təhsil ictimaiyyətinin iştirak etdiyi sərgidə çıxış edən təhsil nazirinin müavini Elmar Qasımov məlumat verib ki, müsabiqədə 8 yaşdan 18 yaşadək uşaq və yeniyetmə iştirak edib. 3 mərhələdə reallaşan müsabiqə texniki yaradıcılığın 5 növü üzrə 15 nominasiyada keçirilib. Müsabiqənin keçirilməsində məqsəd uşaq və yeniyetmələrin elmi-texniki potensialının üzə çıxarılması, onların yaradıcılığının inkişaf etdirilməsi üçün stimulun yaradılması və onlar arasında təcrübə mübadiləsinin təşkil olunmasından ibarətdir. Fevral ayında başlanan müsabiqə 9 zona üzrə rayon və şəhərlərdə keçrilib. Zona mərhələsində 300-ə yaxın məktəbli iştirak edib. Bu mərhələdə I, II yerlərə layiq görülən işlər respublika mərhələsinə təqdim olunub. Bu mərhələdə isə respublikanın 45 rayon və şəhərindən 195 şagird iştirak edib. Münsiflər Heyəti tərəfindən hər nominasiya üzrə I, II və III yerlərə layiq iştirakçılar müəyyənləşdirilib. Qeyd edək ki, müsabiqənin qaliblərinə Təhsil, Gənclər və İdman nazirlikləri, və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən diplom və hədiyyələr təqdim olunub. Sonda şagirdlərin radio ilə idarə olunan təyyarə, vertolyot, minik avtomobilləri, hərbi və yük avtomobilləri, mülki və hərbi gəmilər, mühərriksiz yelkənli qayıq modelləri, kosmik gəmilərin surətlərinin modelləri, təlimin texniki vasitələri, məişət və istehsalatda istifadə olunan cihaz və qurğular, eləcə də digər yaradıcılıq işlərinə baxış keçirilib.
URL / WWW
http://kelam.az/article/a-1034.html