Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Aspirant və doktorantlar 5000 İsveçrə frankı məbləğində mükafat qazana bilər
12.04.10 18:28

Ümumdünya Ticarət Təşkilatı (ÜTT) Katibliyi tərəfindən gənc iqtisadçılar üçün bir sıra mövzularla bağlı yazılan tədqiqat işi üzrə 5000 İsveçrə frankı məbləğində mükafat elan edilib. Təhsil Nazirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, mövzular ticarət sazişlərinin formalaşdırılması, şərti himayədarlıq, ticarətin asanlaşdırılması, ticarət sazişlərinin təsirləri, ticarət üçün yardım və mübahisələrin həllinin iqtisadi aspektlərindən ibarətidir. Qeyd edək ki, müsabiqədə ən azı aspirantura-doktorantura pillələrini bitirmək üzrə olan namizədlər iştirak edə bilərlər. Tədqiqat işi ingilis dilində və 15.000 söz həcmində olmalıdır. Qaliblər 2010-cu ilin sentyabr ayında Avropa Ticarət Tədqiqatı Qrupunun İsveçrənin Lozan şəhərində keçiriləcək növbəti toplantısı ərəfəsində mükafatlandırılacaqlar. Qalibin Lozan şəhərinə səfəri ilə bağlı bütün xərclər təşkilatçılar tərəfindən ödəniləcək. Müsabiqədə iştirak etmək arzusunda olan namizədlər tamamlanan tədqiqat işini və tərcümeyi-halını cari ilin 15 iyun tarixinə qədər aishah.colautti@wto.org elektron poçt ünvanına göndərməli, həmçinin müvafiq sənədləri Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (K.Məhərrəmova; tel: 496-33-11; daxili: 248) təqdim etməlidirlər.
URL / WWW
http://kelam.az/article/a-1032.html