Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK-ın keçirdiyi növbəti sınaq imtahanında 8 mindən çox abituriyent iştirak edib
12.04.10 19:28

Ötən gün respublika üzrə keçirilən sınaq imtahanlarında nəticə etibarilə 8 mindən çox abituriyent iştirak edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə verib. O, qeyd edib ki, bu sınaq imtahanı TQDK tərəfindən cari il üçün keçirilən sayca ikinci imtahan idi. “Bu imtahanda iştirak edən abituriyentlərə sual kitabçaları aprelin 4-də təqdim olunub. Bu təkrar sınaq imtahanı olduğu üçün əvvəlki imtahanda təqdim olunan sual kitabçaları ilə indiki eyni idi. Bundan əvvəlki imtahanda iştirak edə bilməyən abituriyentlərə imkan yaradıldı ki, imtahanda iştirak etsinlər. Sınaq imtahanları bütün regionlar üzrə nəzərdə tutulmuş bütün binalarda uğurla həyata keçirilib. Ötən gün keçirilən imtahanların nəticələri isə abituriyentlərə aprelin 15-də elan olunacaq”,-deyə E.Nağızadə açıqlayıb. Onun sözlərinə görə, aprelin 18-də keçiriləcək növbəti sınaq imtahanında 30 mindən artıq abituriyentin iştirakı gözlənilir.
URL / WWW
http://kelam.az/article/a-1031.html