Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » İnformatika üzrə Ümumrespublika Olimpiadasının birinci mərhələsi başa çatıb
13.04.10 02:28

Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadasının birinci mərhələsi başa çatıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən veriblər. Ümumilikdə, qeydiyyatdan keçmiş 10 ali təhsil müəssisəsinin 42 komandasından ikinci final mərhələsinə 6 tədris ocağını təmsil edən 20 komanda vəsiqə qazana bilib. İlk turda balların 30%-ni yığan komandalar final mərhələsinə adlayıblar. Finalda Qafqaz Universiteti 8 komanda ilə, Moskva Dövlət Universitetinin Bakı filialı 5 komanda ilə, Bakı Dövlət Universiteti 4 komanda ilə, Azərbaycan Texniki Universiteti 1 komanda ilə, Azərbaycan Dövlət Neft Akademiyası 1 komanda ilə və Naxçıvan Dövlət Universiteti 1 komanda ilə mübarizə aparacaqlar. Olimpiadanın final mərhələsi cari ilin 8 may tarixində AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda olacaq.
URL / WWW
http://kelam.az/article/a-1030.html