Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Bəstəkar Üzeyir Hacıbəyovun doğum günü münasibətilə məzarı ziyarət olundu
19.10.09 16:40

Bu gün mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin rəhbərliyi ilə bir sıra mədəniyyət və incəsənət xadimləri Fəxri Xiyabanda dahi bəstəkar Üzeyir Hacıbəyovun doğum günü münasibətilə bəstəkarın məzarını ziyarət ediblər. AZADİNFORM xəbər verir ki, öncə bəstəkarın məzarı önündə bir qrup xorun iştirakı ilə onun əsərlərindən ariya oxunub. Mərasimdə çıxış edən Ə.Vəliyev bəstəkarın doğum gününün musiqi günü kimi qeyd olunmasında bəhs edərək Ü.Hacıbəyovu Azərbaycan musiqi aləminin banisi adlandırıb. Bu günün təntənəli qeyd olunması ilə bağlı ölkə başçısının xüsusi diqqətinin olduğunu deyən nazir müavini bəstəkarın doğum gününü paytaxtla bərabər regionlarda da keçiriləcəyini bildirib. Ə.Vəliyev qeyd edib ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığıyla bu axşam Dövlət Opera və Balet Teatırında Türkdilli ölkələrin sənət adamlarının iştirakı ilə bəstəkarın Koroğlu əsərində operettası nümayiş etdiriləcək. Daha sonra nazir müvaini başda olmaqla mədəniyyət və incəsənət xadimləri ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın, o cümlədən digər incəsənət xadimlərinin məzarlarını ziyarət ediblər. Bu gün həmçinin Bakı Musiqi Akademiyası dahi bəstakar Üzeyir Hacıbəyovun doğum gününü xususi hazırlıqla qeyd edir. 
URL / WWW
http://kelam.az/article/a-103.html