Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Ziyafət Əsgərov: “Azərbaycan Türkiyə rəhbərliyinin öz vədinə sadiq qalacağına inanır”
13.04.10 03:26

“Azərbaycan Türkiyə rəhbərliyinin öz vədinə sadiq qalacağına inanır”. KƏLAMİNFO xəbər verir ki, bu sözləri Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ABŞ-da keçiriləcək Ərdoğan-Sarkisyan görüşünə münasibət bildirərkən söyləyib. Z.Əsgərov bildirib ki, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması Dağlıq Qarabağ probleminin həllindən asılıdır. Onun sözlərinə görə, Türkiyənin Baş naziri və xarici işlər naziri bu məsələdə Azərbaycanın maraqlarının qorunacağını bəyan edib. “Mövqeyimiz belədir ki, Türkiyə ilə Ermənistan arasında sərhədlər Ermənistanın işğalçılıq siyasətinə son qoyulandan sonra açılmalıdır. Bu mövqeyimizdə də qalırıq. Hesab edirəm ki, Türkiyə tərəfi də bu prinsipə sadiq qalacaq”,-deyə Z.Əsgərov vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-1028.html