Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Aydın Mirzəzadə: “Azərbaycan öz ərazi bütövlüyünü şübhə altına alan heç bir təklifə razılıq verməyəcək”
09.04.10 17:56

“Azərbaycan birmənalı şəkildə öz ərazi bütövlüyünü şübhə altına alan heç bir təklifə razılıq verməyəcək”. KƏLAMİNFO xəbər verir ki, bu sözləri Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə bildirib. A.Mirzəzadə qeyd edib ki, yenilənmiş Madrid təkliflərində Azərbaycanın maraqları əsasən əks olunub. Bu baxımdan, ümumilikdə ölkəmizin Madrid prinsiplərini qəbul etdiyini söyləyən A.Mirzəzadənin fikrincə, Ermənistan bu məsələlərdə tez-tez mövqe dəyişikliyi nümayiş etdirir. Onun sözlərinə görə, Ermənistana problemin həlli deyil, onun dondurulmuş şəkildə uzun müddətli qalması lazımdır. “İşğalçı dövlətin rəhbərliyinə münaqişənin həlli sərf etmir. Çünki rəhbərlikdə olan komanda hakimiyyətə “Qarabağ dalğası” üzərində gəlib. Bu hakimiyyət öz şəxsi məsələlərini kifayət qədər həll edib. Bu gün hakimiyyətdəkilərə Ermənistan cəmiyyətinin problemlərinin həlli maraqlı deyil.Hazırda Ermənistanın sosial-iqtisadi durumu böhran vəziyyətindədir. Dövlətçilikdə ciddi problem var, ölkə tam müstəqil deyil, xarici qüvvələrdən, erməni diasporundan asılı vəziyyətdə olması buna gətirib çıxarır ki, onlar bir sıra məsələlərdə müstəqil fikir bildirmirlər. Ancaq bununla belə, Ermənistan öz seçimini etməyə məcburdur”,-deyə A.Mirzəzadə qeyd edib.
URL / WWW
http://kelam.az/article/a-1027.html