Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycan və Türkiyə XİN rəhbərləri arasında telefon danışığı olub
09.04.10 17:56

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə Azərbaycanlı həmkarı Elmar Məmmədyarov arasında telefon danışığı olub. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, telefon söhbəti barədə məlumat verən Ə.Davudoğlu hər önəmli hadisədən əvvəl və sonra E.Məmmədyarovla əlaqə saxladıqlarını bildirib. O, həmkarına Türkiyə XİN Aparatının rəhbəri və Baş nazirin xüsusi elçisi Firudin Sinirlioğlunun Ermənistan səfəri haqqında bilgi verdiyini, eləcə də Rəcəb Tayyib Ərdoğanın Vaşinqtonda Ermənistan prezidenti Serj Sarkisyanla keçirəcəyi görüş barədə fikir mübadiləsi apardıqlarını söyləyib. Ə.Davudoğlu E.Məmmədyarova bildirib ki, R.T.Ərdoğanla Fransa prezidenti Nikola Sarkozi arasında Parisdə keçirilmiş görüşdə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub.
URL / WWW
http://kelam.az/article/a-1026.html