Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » AzərTAc saytının dizaynında dəyişiklər edib
10.04.10 03:56

Azərbaycan Dövlət Teleqraf Agentliyi – AzərTAc özünün www.azertag.com saytının dizaynında dəyişiklər edib. KƏLAMİNFO xəbər verir ki, saytın yeni dizaynında bu sahənin ən son tendensiyalarının əlamətləri nəzərə alınıb, resursun kontenti isə indi daha sürətlə yüklənir. Daha rahat naviqasiya ilə təmin olunmuş saytın birinci səhifəsi lazımi bölməyə tez keçməyə imkan verir. Əvvəlki versiyada olduğu kimi burada da multimedia blokları mövcuddur. Resursun bölmələri də, elə bölünüb ki, istifadəçinin seçimi üzrə Azərbaycan və xarici xəbərlərlə ayrıca tanış olmaq mümkündür. Saytda ən son xəbərləri izləmək imkanı verən yenilənmiş xəbər lenti və “Günün xəbərləri” bölmələri də yerləşdirilib. Qeyd edək ki, yeni dizayn Azeriland şirkəti tərəfindən hazırlanıb.
URL / WWW
http://kelam.az/article/a-1025.html