Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Komissar Ştefan Füle Azərbaycana səfərə gəlib
10.04.10 02:55

Avropa İttifaqının genişləndirmə və Avropa Qonşuluq Siyasəti məsələləri üzrə komissarı Ştefan Füle Azərbaycana səfərə gəlib. KƏLAMİNFO xəbər verir ki, bir günlük səfər çərçivəsində komissar Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər, iqtisadi inkişaf nazirləri, vətəndaş cəmiyyətinin nümayəndələri, müxalifət partiyalarının təmsilçilərilə görüşəcək. Görüşlər zamanı Avropa İttifaqının Cənubi Qafqaz respublikaları ilə ikitərəfli münasibətləri, “Şərq Tərəfdaşlığı” proqramı müzakirə olunacaq. Ş.Füle həmçinin Binəqədi rayonu ərazisində məskunlaşan məcburi köçkünlərə də baş çəkəcək. Avropa komissarının səfəri sabah başa çatacaq. Qeyd edək ki, bu, Ş.Fülenin Avropa İttifaqının genişləndirmə və Avropa Qonşuluq Siyasəti məsələləri üzrə komissarı statusunda Cənubi Qafqaz regionuna ilk səfəridir.
URL / WWW
http://kelam.az/article/a-1024.html