Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » DAK İsveçdə simpozium keçirəcək
09.04.10 02:53

Sabah Dünya Azərbaycanlıları Konqresi (DAK) İsveçin paytaxtı Stokholm şəhərində 1918-ci ilin martında Azərbaycanın quzeyində və güneyində ermənilərin Azərbaycan türklərinə qarşı həyata keçirdiyi soyqırım aktlarını dünya ictimaiyyətinə çatdırmaq məqsədilə simpozium keçirəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya DAK-dan veriblər. Tədbir DAK və “Odlar Yurdu” dərnəyinin birgə təşkilatçılığı ilə baş tutacaq. Tədbirdə DAK Daimi Şurasının sədri Əjdər Tağızadə, Azərbaycanın İsveç Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Rafael İbrahimov, Milli Məclisin deputatı Baba Tağıyev və bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarının təmsilçiləri iştirak edəcəklər.
URL / WWW
http://kelam.az/article/a-1022.html