Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK-da Sənəd Qəbulu Komissiyaları üçün xüsusi seminar keçirilib
09.04.10 02:50

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) ali təhsil müəssisələrinin magistratura pilləsinə ərizə qəbulu ilə bağlı yaradılmış Sənəd Qəbulu Komissiyalarının (SQK) nümayəndələri üçün xüsusi seminar keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Tədbirdə TQDK-nın Təşkilat şöbəsinin müdüri Arzu Bağırov, Ali təhsil və dövlət qulluğu üzrə sektor müdüri Natiq Əliyev, İnformasiyalaşdırma şöbəsinin əməkdaşı İlqar Mahmudov “Elektron ərizə” qəbulu sisteminin proqram təminatı və sənəd qəbulunun aparılması qaydaları barədə geniş məlumat veriblər. SQK üzvləri həmçinin ərizə qəbulu sisteminin real rejimdə nümayişi ilə tanış olublar. Qeyd edək ki, bakalavrlar aprelin 12-dən 19-dək şəxsiyyət vəsiqəsindən və TQDK-nın ödəmə kartından istifadə etməklə TQDK-nın müvafiq internet səhifəsinə daxil olmalı və oaradakı “Bakalavrın eıektron ərizəsi” formasını doldurmalıdırlar. Onlar TQDK tərəfindən yaradılmış müvafiq SQK-a tələb olunan sənədləri təqdim edib “Bakalavrın elektron ərizəsi” təsdiq etdirməlidirlər.
URL / WWW
http://kelam.az/article/a-1020.html