Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » AMEA-da akademik Mirabbas Qasımovun xatirəsinə həsr olunan tədbir keçirilib
19.10.09 16:40

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Riyaziyyat və Mexanika İnstitutunda görkəmli riyaziyyatçı alim, akademik Mirabbas Qasımovun xatirəsinə həsr olunan tədbir keçirilib. Bu barədə məlumatı AZADİNFORM-a AMEA-dan veriblər. Tədbirdə çıxış edən institutun direktoru, akademik Akif Hacıyev M.Qasımovun riyaziyyat elminin inkişafı sahəsindəki xidmətlərindən bəhs edib və bildirib ki, alimin Azərbaycan ziyalılığının formalaşmasında da böyük xidmətləri olub. Sonra fizika-riyaziyyat elmləri doktoru, professor Sabir Mirzəyev alimin həyat və elmi-pedaqoji fəaliyyəti haqqında məruzə ilə çıxış edib. Qeyd edək ki, 1939-cu ildə Şamaxı rayonunun Nərimankənd kəndində anadan olan M.Qasımov 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olub. O, 1964-cü ildə namizədlik, 1967-ci ildə doktorluq dissertasiyasını müdafiə edib, 1968-ci ildə BDU-nun professoru elmi dərəcəsini alıb. 1969-70-ci illərdə BDU-nun “Mexanika-riyaziyyat” fakültəsinin dekanı, 1972-ci ildən BDU-nun “Tətbiqi riyaziyyat” kafedrasının müdiri, 1970-1976-cı illərdə Riyaziyyat və Mexanika İnstitutunda “Xüsusi törəməli diferensial tənliklər” şöbəsinin müdiri vəzifələrində çalışıb. 1989-cu ildə BDU-nun “Tətbiqi riyaziyyat” fakültəsinin dekanı işləyib, həmin ildə təhsil nazirinin birinci müavini vəzifəsinə təyin edilib. O, 1990-92-ci illərdə BDU-nun rektoru olub.
URL / WWW
http://kelam.az/article/a-102.html