Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Elmar Qasımov: “Çalışırıq ki, təhlükəsizliklə bağlı prosses bütün təhsil müəssisələrini əhatə etsin”
07.04.10 03:35

Təhsil Nazirliyinin əsas məqsədlərindən biri də təhsil ocaqlarında nizam-intizam və təhlükəsizliyin yüksək səviyyədə təmin olunmasıdır. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini Elmar Qasımov bildirib. Onun sözlərinə görə, bu məqsədlə universitetlərdə daxili nizam-intizamı qaydaya salmaq üçün müəyyən xidmətlər yaradılıb. Nazir müavini qeyd edib ki, təhlükəsizliklə bağlı orta məktəblərdə də müəyyən tədbirlər hayata keçirilir. “Bu işləri təhsil ocaqlarının rəhbərləri həyata keçirsələr də Təhsil Nazirliyi ciddi diqqət yetirir”,-deyə E.Qasımov əlavə edib. Ötən il Neft Akademiyasında baş verən hadisənin yalnız hansısa təhsil ocağına deyil, Azərbaycana qarşı törədilən cinayət adlandıran E.Qasımov bildirib ki, cinayətlə bağlı işlər artıq yekunlaşıb.
URL / WWW
http://kelam.az/article/a-1018.html