Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Elektron təhsil ümumrespublika müsabiqəsinə start verildi
06.04.10 19:35

Bu gün Təhsil Nazirliyi tərəfindən elektron təhsil ümumrespublika müsabiqəsinə start verildi. KƏLAMİNFO xəbər verir ki, bununla bağlı Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Məlumat və Resurs Mərkəzində tədbir keçirilidi. İdarənin rəhbəri Samir Məmmədov bildirdi ki, cari il Təhsil Nazirliyi tərəfindən təhsildə İKT ili elan olunub və bu məqsədlə müsabiqə elan olunub. O, müsabiqəyə Microsoft Azərbaycan, İntel, AZ.DU.NET, ULTRA, HP və MƏDƏT təşkilatlarının dəstək verdiklərini söylədi. Müsabiqənin rəsmi internet səhifəsinin hazırlandığını diqqətə çatdıran S.Məmmədov bildirdi ki, müsabiqənin keçirilməsində məqsəd elektron tədris resurslarından, internet texnologiyalarından tədris prosesində istifadəni populyarlaşdırmaq, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni qaydalarını üzə çıxarmaq, İKT-dən istifadə edən fəal müəllimləri həvəsləndirməkdən ibarətdir. S.Məmmədov müsabiqənin iki istiqamət üzrə aparılacağını, qaliblərin isə 5 nominasiya üzrə müəyyənləşdiriləcəyini vurğuladı. O, müsabiqədə iştirak etmək üçün sənəd qəbulunun mayın 21-nə kimi aparılacağını nəzərə çatdırdı. Qeyd edək ki, tədbirdə iştirak edənlər çıxış edərək müsabiqə ilə bağlı fikir və təkliflərini bildirdilər.
URL / WWW
http://kelam.az/article/a-1017.html