Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » PA-nın şöbə müdiri: “Azərbaycan hökuməti qanun çərçivəsində keçirilən bütün tədbirlərə lazımi şərait yaradacaq”
06.04.10 19:35

Parlament seçkiləri yaxınlaşdıqca Azərbaycanda ictimai-siyasi vəziyyət, ab-hava da fəallaşacaq. KƏLAMİNFO xəbər veri ki, bu sözləri jurnalistlərə açıqlamasında Prezident Administrasiyası İctimai-siyası məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. “Hər il seçkilər öncəsi belə ab-hava müşahidə olunur. Bu ildə yəqin ki, həm müxalifət partiyaları, həm bitərəfər, həm də iqtidaryönlü siyasi partiyalar seçkilərə ciddi hazırlaşacaqlar. Seçki ərəfəsində onlar öz hüquqlarını reallaşdıracaqlar. Hər hansı tədbirin keçirilməsi qanun çərçivəsində baş tutacaqsa, hakimiyyət buna həmişə yaşıl işıq yandıracaq və lazımı şərait yaradacaq”,-deyə Prezident Administrasiyasının şöbə müdiri əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-1016.html