Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Əli Həsənov: “Azərbaycan hakimiyyəti R.T.Ərdoğanın ABŞ-da keçirəcəyi görüşlərdə Dağlıq Qarabağ probleminin prioritet olacağına inanır”
07.04.10 03:34

Azərbaycan hakimiyyəti Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın ABŞ-a planlaşdırılan səfəri zamanı keçirəcəyi görüşlərdə Dağlıq Qarabağ probleminin həlli məsələlərinin prioritet olacağına inanır. KƏLAMİNFO xəbər veri ki, bu barədə açıqlamanı Prezident Administrasiyasının İctimai-siyası məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. "Gözləntimiz ondan ibarətdir ki, ABŞ prezidenti Minsk Qrupu həmsədrlərinin birini təmsil edən ölkənin başçısıdır və Ermənistanı konstruktiv mövqeyə gətirmək məqsədilə rəsmi Yerevana Dağlıq Qarabağ məsələsində öz işğalçı mövqeyindən əl çəkməyə məcbur etsinlər, ona təzyiq göstərsinlər. Bundan sonra münaqişənin həllində hər hansı bir irəliliyişə nail oluna bilər. Barış və sülhün yaranması Türkiyə ilə Ermənistan sərhədlərinin açılması iqtisadi diplomatik əlaqələrin bərpa olunması ümumiyyətlə normal əməkdaşlıq üçün şəraitin yaranması, ilk növbədə Ermənistanının işğalçı mövqeyindən əl çəkməsindən, Dağlıq Qarabağ və onun ətrafında işğal etdiyi torpaqları azad etməsindən, Cənubi Qafqazda bütün nəqliyyat, informasiya və kommunikasiya dəhlizlərinin bərpa olunmasından keçir”,-deyə Ə.Həsənov vurğulayıb. Onun sözlərinə görə, ABŞ və Türkiyə tərəfindən hansısa bir mexanizimlə Ermənistan prezidentinə təzyiqlər göstərəcək.
URL / WWW
http://kelam.az/article/a-1014.html