Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycanlı uşaqlar Türkiyə prezidenti A.Gül və Baş nazir R.T.Ərdoğanla görüşəcəklər
05.04.10 19:28

Aprelin 14-də Türkiyədə 32-ci Beynəlxalq Uşaq Festivalı keçiriləcək. Festivalda Azərbaycanı Musiqili Komediya Teatrında yeni fəaliyyətə başlayan “Təbəssüm” Uşaq Studiyası təmsil edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya “Təbəssüm” Uşaq Studiyasından veriblər. Festivalın təşkilatçısı Türkiyənin TRT televiziya kanalıdır. Festivala dünyanın 47 ölkəsindən uşaq kollektivləri dəvət olunub. “Təbəssüm” festivalda 8 yaşdan 13 yaşa qədər olan, 20 solistdən ibarət heyətlə çıxış edəcək. Uşaq bayramı layihəsi çərçivəsində Türkiyənin prezidenti Abdulla Gül və Baş nazir R.T.Ərdoğanla görüş keçiriləcək. Bu görüşdə Azərbaycanı 11 yaşlı Vaqif Əsədov təmsil edəcək.
URL / WWW
http://kelam.az/article/a-1012.html