Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Hüseyn Cavid Ev Muzeyinin direktoru Gülbəniz Babaxanlı Özbəkistana səfərə gedir
06.04.10 03:28

Aprelin 8-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya elmləri namizədi Gülbəniz Babaxanlı Özbəkistana səfər edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər. Səfərin məqsədi aprelin 9-da Daşkənd şəhərində keçirilən “Topal Teymur” dramının 85 illik yubileyinə həsr olunan elmi konfransda iştirak etməkdir. Qeyd edək ki, konfransın təşkilatçıları Azərbaycanın Özbəkistandakı səfirliyi, “Teymurilər” Muzeyi və Hüseyn Cavidin Ev Muzeyidir. Səfər aprelin 12-dək davam edəcək.
URL / WWW
http://kelam.az/article/a-1010.html