Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Ziyafət Əsgərov: “Danışıqlar nəticə verməsə, işğal olunmuş torpaqların hərbi yolla azad edilməsi gündəmə gələcək”
06.04.10 03:26

“Əgər danışıqlar bir nəticə verməsə, işğal olunmuş torpaqların hərbi yolla azad edilməsi gündəmə gələcək. Azərbaycanın dövlət başçısı bu mövqeyini dəfələrlə bəyan edib”. KƏLAMİNFO xəbər verir ki, bu sözləri Milli Məclis sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov söyləyib. Z.Əsgərov bildirib ki, hazırda ATƏT-in Minsk Qrupunun həmsədrləri münaqişənin həlli istiqamətində fəaliyyətini davam etdirir. O, tərəflərin yenilənmiş Madrid prinsipləri ilə bağlı mövqelərini bildirdiklərini vurğulayıb. Vitse-spiker qeyd edib ki, danışıqlar prosesini Ermənistan tərəfi uzatmağa çalışır. “Ermənistan imitasiya xatirinə danışıqları aparır. Amma bu, nə vaxta qədər davam etməlidir? Əgər danışıqlar prosesi konkret nəticə verməsə, hərbi variant istisna deyil”,-deyə Z.Əsgərov vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-1009.html