Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Türkiyə BMM-də Naxçıvan Sazişinə həsr olunmuş simpozium keçirib
06.04.10 03:37

Bayram Niftəliyev/AZADİNFORM. Türkiyə Böyük Millət Məclisində Altay Mədəniyyət, Təhsil və Sənət Vəqfinin təşkilatçılığı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişinə həsr olunmuş simpozium keçirilib. AZADİNFORM xəbər verir ki, Türkiyənin dövlət naziri Faruk Çəlik bildirib ki, Türk cümhuriyyətlərinin müstəqilliyinin ilk illərində meydana gələn “Naxçıvan ruhu” keçən il Naxçıvan Sazişi ilə rəsmiləşib.Onun sözlərinə görə, bu Sazişə əsasən yaradılacaq strukturlar Türk dünyası daxilində daha yaxın əlaqələr qurulmasına şərait yaradacaq. Millət vəkili Vahid Ərdəm də Naxçıvan Sazişinin türkdilli ölkələrin əməkdaşlığında yeni və mütərəqqi addım olduğunu söyləyib. TÜRKSOY-un Baş katibi Düsen Kaseinov Naxçıvan Sazişi ilə Türk dünyasının əlaqələrinin daha da güclənəcəyini vurğulayıb. Onun sözlərinə görə, Naxçıvan zirvə görüşündə Azərbaycan prezidenti İlham Əliyevin TÜRKSOY-un fəaliyyətinə verdiyi yüksək qiymət təşkilatın rəhbərliyində iftixar hissi doğurub. Türk Dil Kurumunun sədri professor Şükrü Haluk Akal isə ortaq Türk dilinin yaradılması üçün aparılan işlərdən danışıb.
URL / WWW
http://kelam.az/article/a-1008.html