Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Rusca-Azərbaycanca arıçılıq terminləri” adlı lüğət çap olunub
05.04.10 18:37

Biologiya elmləri namizədi Hacı Qulamhüseyn Sultanlının “Rusca-Azərbaycanca arıçılıq terminləri” adlı lüğəti çap olunub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) veriblər. Lüğətdə arıçılığa dair rus dilində olan ədəbiyyatlarda işlədilən 4200-ə qədər termin və ifadələrin ilk dəfə Azərbaycan dilində tərcüməsi verilib. “Azər” Nəşriyyatı tərəfindən çap olunan lüğət peşəkar və həvəskar arıçılar, baytarlıq mütəxəssisləri, aqronomlar, elmi işçilər, bioloqlar və tərcüməçilər üçün nəzərdə tutulub. Lüğətdən Dövlət Aqrar Universitetinin tələbələri, müəllimləri, habelə orta məktəb şagird və müəllimləri də istifadə edə bilərlər. Lüğətin elmi redaktorları akademik Musa Musayev, filologiya elmləri doktoru, professor Sayalı Sadıqovadır. Qeyd edək ki, lüğət AMEA-nın Terminologiya Komissiyasının qərarı ilə nəşr olunub.
URL / WWW
http://kelam.az/article/a-1005.html