Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Dünyanın ən hündür binası fəaliyyətini bərpa edib
05.04.10 17:33

Dubayda dünyanın ən hündür binası "Burc Xəlifə"nin müşahidə otağı yenidən ziyarətçilərin üzünə açılıb. KƏLAMİNFO xarici KİV-lərə istinadən xəbər verir ki, "Burc Xəlifə" iki ay öncə liftində yaranmış problemlə bağlı bağlanmışdı. Qüllənin açılması ilə yenidən Dubaya dünyanın ən hündür binasının 124-cü mərtəbəsindən baxmaq istəyənlərin bilet növbəsi yaranıb. Qeyd edək ki, 828 m hündürlüyündə olan bina yanvar ayında möhtəşəm mərasimlə açılıb. Fevral ayında isə içərisində sərnişinlər olan lift iki mərtəbənin arasında qalıb. Bundan sonra rəsmilər liftin təmiri və sərnişinlərin təhlükəsizliyi üçün müşahidə otağına ziyarətçı qəbulunu dayandırıblar.
URL / WWW
http://kelam.az/article/a-1003.html