Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » ADU-da “Ali təhsil müəssisələrinin KİV-lə əlaqəsi” mövzusunda Dəyirmi masa keçirilib
02.04.10 22:26

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) “Ali təhsil müəssisələrinin KİV-lə əlaqəsi” mövzusunda Dəyirmi masa keçirilib. KƏLAMİNFO xəbər verir ki, ali təhsil ocağının İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin təşəbbüsü, Təhsil Nazirliyi, Azərbaycan Mətbuat Şurası (MŞ) ilə birgə təşkil edilən tədbirdə çıxış edən ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynab Kazımova çalışdığı təhsil ocağının rəhbərliyi tərəfindən mətbuat xidmətinə göstərilən diqqət, sərbəstlik və verilən səlahiyyətləri, ümumilikdə mediaya göstərilən qayğı və dəstək olduğunu vurğulayıb. ADU-da mətbuat xidməti strukturunun fəaliyyətinin səmərəli olması üçün bu amillərin mühüm faktor olduğunu diqqətə çatdıran Z.Kazımova təhsil naziri Misir Mərdanov tərəfindən ADU-nun mətbuat xidmətinə təşəkkür məktubunun ünvanlandığını xatırladıb. “Yeni Azərbaycan” qəzetinin Baş redaktoru Hikmət Babaoğlu qeyd edib ki, mətbuat xidmətləri oxucunun marağını nəzərə alaraq materialları daha dəqiqliklə seçib KİV-ə göndərməlidirlər. “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı bildirib ki, əgər hər hansı strukturun başında peşəkar insan dayanırsa orada problemlər olmur. Sonra Z.Kazımovanın “Ali təhsil müəssisələrinin KİV-lə münasibətlərində Mətbuat xidməti: qarşılıqlı əlaqərin qurulmasında peşəkarlıq”, MŞ-nin sədri Əflatun Amaşovun “Mətbuat xidməti və ictimaiyyət: məlumatın hazırlanması və ötürülməsi”, “525-ci qəzet”in Baş redaktoru Rəşad Məcidin “Universitet nəşrləri: tələbələrin KİV-də iştirakı, tələbə dünyagörüşü və KİV” mövzularında məruzələri dinlənilib. Qeyd edək ki, bir çox dövlət və özəl ali məktəblərinin mətbuat xidmətinin rəhbərləri və nümayəndələri iştirak edib.
URL / WWW
http://kelam.az/article/a-1002.html