Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Dövlət Film Fondunun əməkdaşları Gürcüstandan lazımı arxiv sənədləri ilə qayıdıb
03.04.10 03:26

Dövlət Film Fondunun direktoru Cəmil Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstan Milli Arxivində ezamiyyətdə olub. Səfər müddətində Gürcüstan Milli Film Fondundan nadir və qiymətli arxiv sənədlərinin surətləri Azərbaycana gətirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Fonddan veriblər. Bu sənədlər arasında rus fotoqrafı Dmitri Yermakovun 1854-1880-ci illərdə Bakı, Şamaxı, Gəncə, Şəki, Lənkəran və Naxçıvanda çəkdiyi fotoların surətləri və XX əsrin əvvəllərində gürcü kinooperatorları tərəfindən lentə alınmış Bakı komissarlarının dəfni ilə bağlı kinokadrlardır. Sənədlər arasında 1928-ci ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi iclaslarının kinoxronikası və Azərbaycan Milli Dram Teatrının 1960-cı ildə Tiflis şəhərində qastrol səfərindən çəkilmiş kinolenti də var. Azərbaycanın ilk professional kinorejissoru Səməd Mərdanovun, xalq artisti Mustafa Mərdanovun vaxtilə Tiflisdə yaşadıqları evin təsviri və fotoları da fondun arxivinə daxil edilib.
URL / WWW
http://kelam.az/article/a-1000.html