Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə - 60 » Akademik Budaq Budaqov:
19.10.09 14:58

Mən Hacı Mirəzizi Azərbaycan xalqının ümid bəslədiyi ziyalılardan biri kimi tanıyıram. Hacı Mirəzizin dində olan sağlam fikirlərin cəmiyyətə obyektiv çatdırılmasında müstəsna xidmətləri var. Onun təsisçiliyi və baş redaktorluğu ilə nəşr olunan “Kəlam” curnalı Azərbaycan ictimaiyyətinin elmi, ədəbi, publisistik nöqteyi-nəzərindən maarifləndirilməsində mühüm rol oynayır. “Kəlam” curnalının Redaksiya Heytəinin üzvü və daimi oxucusu kimi Hacı Mirəzizin fəaliyyətini təqdir edirəm. Bu curnala xüsusi hörmətim var.
Hacı Mirəziz savadlı bir din xadimi kimi də cəmiyyətə öz töhfəsini verməkdədir. Onun “İslami söhbətlər” və “Elmin qapısı” kitabları çox böyük elmi çəkiyə malikdir. İslamın böyük şəxsiyyətlərindən olan Həzrət Əli (ə) haqqında iri həcmli monoqrafiya yazmaq Hacı Mirəzizin həm də cəsarətli bir din xadimi olmasından xəbər verir. Mən deyərdim ki, “Elmin qapısı” monoqrafiyası Hacı Mirəzizin ən uğurlu işlərindən biridir.
Hacı Mirəziz həm də şairdir. Onun bu yaxınlarda işıq üzü görən “Divan”ını oxudum. Bu “Divan” onun poetik yaradıcılığının zirvəsidir. Bu kitab geniş oxucu kütləsi üçün çox böyük əhəmiyyətə malikdir. Onun Əziz Pünhan təxəllüsü ilə yazdığı şeirləri söz yığınından ibarət deyil. Bu gün Azərbaycanda qəzəl canrında yazan çox az adam var. Təbii ki, bu sözügedən canrın çətinliyindən irəli gəlir. Amma Hacı Mirəziz bu çətinliyi də ləyaqətlə dəf edə bilib və ortaya samballı bir iş qoyub. Bu həm də Füzuli məktəbinin arxasıyca getmək deməkdir. 
Hacı Mirəzizin fəaliyyət dairəsi bununla kifayətlənmir. O, həm də böyük ictimaiyyətçidir. Yadımdadır, bir neçə il bundan əvvəl qondarma “Talış Muğan Respublikası” məsələsində Hacı Mirəziz öz etirazını kəskin şəkildə bildirən ziyalılarımızdan oldu. Mən o zaman Respublika Ağsaqqallar Şurasının sədri idim, bir çox işlərdər xəbərim var idi. Bütün bunlar mənim şahidliyimlə baş verib. M.Seyidzadə cənub zonasında gərgin iş aparır, təxribata uymaq istəyənləri doğru yola istiqamətləndirirdi. M.Seyidzadə Azərbaycanın digər ziyalıları kimi ümummilli lider Heydər Əliyevin siyasətini təbliğ edir, onu həyata keçirməyə çalışırdı.
Mən Hacı Mirəzizi 60 yaşı münasibəti ilə təbrik edirəm. Arzu edirəm ki, Allah-Təala M.Seyidzadə kimi oğulları uzun ömür versin, onlar da xalqın xidmətində dursunlar.
URL / WWW
http://kelam.az/article/a-10.html