İnsan olmanın kökündə kamillik yoxdursa o ömür sadəcə var olmaqla mənalanır. Ki, yaradılanın xilqətində yaradılış var, yaratmaq var. Təbii ki, xəlq eləmək Allaha məxsusdur, amma insan olmaq elə kamil olmaq deməkdirsə yaşadığın cəmiyyətə, ətrafındakı insanlara sənin var oluşunun əxz elətdirdiyi şeylər də var. Bir ucqar kənddə qonşusunun qapısının tez-tez çalındığından şikayətlənən biri onun qapısını kəsdirib gileyini bildirir: ”Yorulmadınmı, hər kəsin dərdini dinləməkdən?
|