İctimai və fərdi həyatımızın mühüm aspektlərindən olan bu mövzu müasir şəraitdə hər birimiz üçün olduqca böyük əhəmiyyət kəsb edir. Şəxsən mənim fikrimcə, Allahın yaratdığı hər bir insan övladının qəlbində iman var. Odur ki, dinin şərtlərinə əməl edib-etməməsindən asılı olmayaraq, hər kəsi iman sahibi kimi qəbul etmək olar və bu, vacibdir. Dinin onun üçün əsas davranış qaydası, həyat tərzi, münasibətlərin əsas parametrləri olub-olmaması isə artıq tamam başqa söhbətin mövzusudur. Çünki dindarla imanlı insanı eyniləşdirmək ciddi səhv olardı. Əslində dindar dini qayda-qanunlarla yaşayan, müqəddəs kitabın göstərişlərini həyatın meyarı seçən insandır. Onun üçün bu qaydalar müqəddəsdir və bütün digər dəyərlərdən üstündür. Gəlin, bu iki anlayışı bir-birindən fərqləndirən xüsusiyyətlərə aydınlıq gətirək.
|