Son illər ölkənin ictimai-siyasi həyatında gənclərin fəallığı artıb. Bu fəallığı bir çox dövlət qurumlarında, o cümlədən, bələdiyyələrin fəaliyyətində də müşahidə etmək mümkündür. Belə ki, ölkədə demokratiyanın inkişafı, hüquqi dövlət və vətəndaş quruculuğunda bələdiyyələrin mühüm rolu var. Son illərdə bu istiqamətdə əhəmiyyətli addımlar atılır.