Əs-səlamu əleykum, Ağa! Bir il öncə (mayın 12-də vəfat etdin) “cənub küləyi”nin belə qəfil əsəcəyini heç gözləmirdim. Amma əsdi bu “külək”. “Küləyin” surəti iki yüz əlli km məsafə boyunca yayılıb bu yerlərə yetişincə sərin bir mehə döndü. Sənin gerçək həyata qədəm basmağınla - doğum gününlə müjdələdi məni. Beləcə, “məbdə və məad”ı xətm edib, gerçək həyata adladın. Öz təbrincə desəm, “köhnə qəmə tazə nəfəs bəxş etmək” üçün bütün arzuların fövqü olan ölümsüzlüyə qovuşdun. Gerçək həyatındakı birinci ad günün mübarək, Ağa!
|