Hacı Mirəziz Seyidzadə kəndimizin, ətraf kəndlərin, eləcə də bütün bölgənin və ən nəhayət Azərbaycanın sözün hər mənasında ağsaqqalı idi. Elin hər bir xeyir və şər işində hamı onun yolunu gözləyər, məsləhətinə, xeyir-duasına ehtiyac duyardı. Bölgəmizdə onunla birbaşa tanışlıq münasibəti olan-olmayan insanlar istənilən bir problemlə qarşılaşanda ilk növbədə AĞAya müraciət edərdi. Bu zaman əmin idilər ki, Hacı Mirəziz problemlərinin həll olunmasına biganə qalmayacaq, bunun üçün səylərini və yardım əlini əsirgəməyəcək.
|