Bu yer – guşə Hacı Mirəziz Seyidzadənin söz ünvanı, oxucuları ilə görüş yeri idi. 2002-ci ildən – “Kəlam” elmi-ədəbi, publisistik jurnalın 1-ci sayından, 2014-cü il 66-cı sayına kimi bu guşədə adəti və qayda üzrə Baş yazar kimi Hacı Mirəziz Ağa söz deyərdi. Əlbəttə, bu guşədə söz demək və həm də bu yerin sahibi haqqında xatirələr bölüşmək mənim üçün çox çətindir. Amma nə edəsən ki, qayda belədir, gərək ki, qonaqlara bələdçilik edəsən...
|