Fevralın 25-də Azərbaycan Yazıçılar Birliyində ilahiyyatçı alim, yazışı-publisist və şair, Qafqaz Müsəlmanları İdarəsi Fətva şöbəsinin müdiri Qazi Hacı Mirəziz Seyidzadənin 65 illik yubileyi keçirildi. Tədbirdə AYB-nin katibi Fikrət Qoca, "Ulduz" jurnalının Baş redaktoru Elçin Hüseynbəyli, ədəbi tənqidçi Aaqif Yusifli, akademik Bahadur Tağıyev, Milli Dram Teatrının aktyoru İlham Əsgərov, xalq artisti Bilal Əliyev, QMİ sədrinin müavinləri Hacı Fuad Nurullayev, Rəşad Əliyarlı din xadimləri, yazıçı və şairlər, mətbuat nümayəndələri iştirak edirdi.
|