Azərbaycanda dövlət gənclər siyasətinin təməli 1993-cü ildə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev tərəfindən qoyuldu. Gün.Az xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın iclasında çıxışı zamanı Prezident Administrasiyası (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dilə gətirib. Ə.Həsənovun qeyd etdiyinə görə, ötən illər ərzində əsası H.Əliyev tərəfindən qoyulan gənclər siyasətinin bəhrələri özünü göstərməkdədir. “Qeyd edim ki, 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələn zaman Azərbaycanda bütün sahələrdə xaos, böhran yaşanırdı. Və təbii ki, bu böhranın, xaosun ilk zərbəsi Azərbaycan gəncliyinə dəyirdi. O zaman Azərbaycan gəncliyi hakimiyyət uğrunda mübarizəyə cəlb olunur, vətəndaş müharibəsində öz həmvətəndaşına qarşı silahdan istifadə edirdi. Azərbaycan gəncliyi səngərdə düşmənə qarşı döyüşmək əvəzinə, hakimiyyət uğrunda mübarizədə maraqlı qrupların əlində alətə çevrilərək bir-birinə qarşı silah çəkirdi.
|