“Din ayrıca fənn kimi məktəblərdə tədris olunmur. Ancaq müəyyən fənlərdə, məsələn, “Həyat bilgisi” dərsində uşaqların yaş qruplarına uyğun olaraq dini bilgilər verilir”. AZADİNFORM xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini Ceyhun Bayramov deyib. O bildirib ki, bu dərslərdə müxtəlif dünya dinləri barədə məlumat verilir, uşaqları tolerantlıq, bütün dinlərə hörmət ruhunda tərbiyə etmək baxımından materiallar var və bunlar tədqiq olunur: “Bundan sonra da bu məsələ nəzərdə saxlanılacaq”.
|