“Kəlam” jurnalını tanıyanda onun Təsisçisi və Baş redaktoru Hacı Mirəziz Seyidzadəni, redaktoru Hacı Niyaz Niftiyevi tanımırdım. Bu jurnal 12 ildir “CBS” mətbəəsində nəşr olunur, kompüter xidmətini həyata keçirən Cəsarət Qasımov onların da dizayn işlərini görür və hər dəfə jurnal nəşr olunanda bir nüsxəsini də mənə verir. Hacının cəmiyyətə verəcəyi, ötürəcəyi fikirlərin canlı ifadəsi kimi bu jurnalı görürük. Onun Qafqaz Müsəlmanlar İdarəsindəki Fətva şöbəsinin müdiri, ondan əvvəl İslam Universitetinin Sumqayıt filialının rektoru kimi, ondan əvvəl QMİ-də təhsil şöbəsinin müdiri kimi, xeyli əvvəl cənub zonasında - Astara və Masallı məscidlərinin axundu kimi, ictimai xadim kimi... fəaliyyətindən xəbərdar olmayanlar üçün “Kəlam” jurnalı bir pəncərədir, vasitədir...
|