İŞİD-in bu qədər sürətlə böyüməsi, güc qazanması, faktiki olaraq bir neçə böyük dövlətlə savaşaraq qələbə əldə etməsinin arxasında ciddi amillər var. Bu, sadəcə bir qrup fanatikin toparlanıb silahlı qrup yaratması və ya çılğın ərəb şahzadələrinin maliyyəsi ilə yaradılan terror qrupunun imkanları deyil. İŞİD-i Qətər dövlətinin (başqa dövlətlərin də adları hallanır –K.R) yaratması, yəni sırf siyasi layihə olması iddiaları da ciddi qəbul oluna bilməz. Məlum olduğu kimi bu cür qruplaşmalara qoşulan insanlar daha sonra ortalama 3-5 il yaşayır, bu insanların çox hissəsi ölümü gözə alır, “şəhadət” ideyası uğurunda canlarından keçir.
|