Bütün günü yoldaydıq, nəhayət Tiflisə çatdıq, otelə yerləşdik. Qatar yolçuluğu adətən ağır olur, amma bu yolun məqsədi o “ağırlığı” xeyli yüngülləşdirdi. Biz 14 jurnalist - Musavat.com-dan Xalid Kazımlı, “Qafqazinfo”dan Elbrus Ərud və İqbal, Bilik Fondundan Ceyhun Musaoğlu, “AzərFaks”dan Nicat Hüseyn Dağlar, “Aznyus”dan Elçin Zahiroğlu, “Lider” TV-dən Günay Yelmarqızı, “Baku-post”dan Yaqut Quliyeva, “Brend in Baku”dan Zəhra Rüstəmova, “Axar.az”-dan Günay Arda, “Avropa.az”-dan Ruslan Bəşirli, “Araz” radiosundan Cavid Osmanov, Milli.az-dan Anar Məmmədov və “Azadinform”dan bəndəniz çox yüksək əhval-ruhiyyə ilə Bakıdan yola düşmüşdük.
|