"Azərbaycanda qarşıdurma yaratmaq istəyən qüvvələr var. Bu qüvvələr özbaşına deyil, xaricdən yönəlir. Bəzi qüvvələr də xaricdən maliyyələşərək burada təxribat törətməyə çalışırlar". Trend xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxulislam Allahşükür Paşazadə QMİ-nin Qazılar Şurasının bu gün keçirilən iclasında bildirib. A.Paşazadə bildirib ki, başqa dini məzhəbi aşağılamaq, bu cür işlər görmək həm qanunda yolverilməzdir, həm də vicdan azadlığına ziddir: "Belə halları törədənlər qanun çərçivəsində cəzalanmalıdırlar. Çünki qanunvericilikdə var ki, dini qarşıdurma yaradanlar cəzalanmalıdırlar.
|